XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2020 - 09:55

Gəncədə leysan yağıb:yaşayış evlərini, həyətyanı sahələri su basıb

Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.

Gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.

Yağışdan ziyan çəkmiş ərazilərə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və  Nizami rayon İcra hakimiyyətinin başçıları və adiyyatı qurumlar cəlb olunub. Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verib.

Evlərə və həyətlərə dolan sular isə FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilib./APA