XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2020 - 16:51

Mərkəz direktoru:"İyulun 18-dək daşqın və sel olacağı ehtimalı var"

Ötən gün ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəhöçay çaylarında  sululuğun artması müşahidə edilib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin verdiyi məlumata görə, Gəncəçayın sol qolu olan Dəstəhöçay çayında sel hadisəsi qeydə alınıb.

Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Şişçay çaylarında da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında isə sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı baş verib: “Uzun müddət baş verən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olmuşdur ki, bu da nisbətən də olsa Kür və Qanıx çaylarında öz təsirini göstərib. Gələn həftə də, iyulun 18-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.

APA