XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2020 - 17:10

Xarici İşlər nazirinin müavini Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayeva vəfat edib.

Məlumata görə, ADA Universiteti Rəna Paşayevanın dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib.

“Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın dünyasını dəyişməsi ilə bağlı ADA Universitetinin kollektivi adından dərin hüznlə başsağlığı veririk.

 Allah rəhmət eləsin!”, – deyə başsağlığında bildirilir/APA.