XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyul 2020 - 17:18

Qazaxda minik avtomobili TIR-a çırpılıb:xəsarət alanlar var

Qazaxda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Opel” markalı avtomobilin TIR yük maşınına çırpılması nəticəsində, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Məmmədov və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. Hər iki yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. /Report