XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2020 - 09:26

Bakıda küçədə qadına qarşı soyğunçuluq edilib

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Binəqədi rayonu, Mircəlal küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb. (apa)