XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2020 - 13:16

“Ötən il qida zəhərlənməsindən ölənlər arasında uşaqlar olmayıb” – AQTA

“Dünyada qida zəhərlənməsindən ölənlərin 30 faizini uşaqlar təşkil edir. Sevindirici hal budur ki, Azərbaycanda bu rəqəm çox aşağıdır”. 

Bunu İqtisadi İslahatların Təhlili və Kommunika Mərkəzi (İİKTM) ilə Azərbaycann Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu ilin nəticələri barədə birgə mətbuat konfransında AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda həm qida zəhərlənmələri, həm də qida zəhərlənməsindən ölüm statistikası hətta inkişaf etmiş ölkələrlə belə müqayisədə aşğıdır: “Bunun bir sıra səbəbləri var. Əsas səbəblərdən biri Azərbaycanda insanların qidalanma vərdişləri və təbii qidalara meyllilikdir. Avropada təxminən 720 milyon insan yaşayır, orada 10 milyona düşən qida zəhərlənməsindən ölüm sayı 70-80 edir. Azərbaycanda 2019-cu ildə qida mənşəli ölüm sayı kifayət qədər aşağı olub, ümumilikdə 7 nəfər təşkil edib. Qeyd edim ki, həmin hesabatda uşaqlar yoxdur”.

E.Mikayılov deyib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda əsas hədəflərdən biri ümumiyyətlə qida mənşəli zəhərlənmələrin sayının azaldılmasıdır: “Biz hədəf kimi götürmüşük ki, Azərbaycanda 2025-ci ilə qədər qida mənşəli zəhərlənmələrin sayında kəskin azalmaya nail olaq”. (apa)