XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2020 - 18:25

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub –FOTO

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub. 

İyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

***

Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudovla vida mərasimi başlayıb.  

İyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir. (apa)