XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2020 - 21:36

KTMT-nin təcili iclası təxirə salındı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma ilə əlaqədar çağrılan təcili iclası ertələnib.

Bunu Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

“İclas tərəflər arasındakı əlavə konsultasiyanın aparılması, həmçinin müzakirənin aparılacağı formatın müəyyənləşdirilməsi səbəbi ilə ertələnib”, – V.Zaynetdinov bildirib.

Qeyd edək ki, bu gün KTMT-nin baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı. (report)