XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 11:49

Azərbaycanın şimal bölgəsinəqar yağır

11961861

Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağır.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən Azərtac-a bildiriblər ki, qar yağışı martın 15-i axşam saatlarından başlayıb. Ən çox yağıntı Qubanın Xaltan kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 19 santimetrə çatır.

Xınalıqda 6, Qırızda 5, Xızının Altıağac qəsəbəsində 16, Qusarın Ləzə kəndində isə 15 santimetr qar yağıb.

Bəzi dağlıq ərazilərdə temperatur mənfi 13 dərəcəyədək düşüb.