XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2020 - 11:45

ATƏT PA:“Effektiv danışıqların davam etdirilməsi zəruridir”

ATƏT-in Parlament Assambleyasının prezidenti George Tsereteli Azərbaycan-Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən insidentə münasibət bildirib.

G.Tsereteli özünün “Twitter” hesabında etdiyi paylaşımında həlak olanlara görə təəssüf hissi keçirdiyini qeyd edib və tərəfləri effektiv kanallarla təcili danışıqları bərpa etməyə çağırıb.

“ATƏT PA adından Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulmasına görə dərin narahatlığımı ifadə edir, həlak olanlara görə təəssüf hissi keçirirəm. Dərhal de-eskalasiya və ATƏT-in Minsk Qrupu həmsədrlərinin və bütün maraqlı tərəflərin iştirakı ilə yenilənmiş və effektiv danışıqların davam etdirilməsi zəruridir”, – deyə G.Tsereteli bildirib/APA.