XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 13:38

Yanan binada xəsarət alanlar müayinə olunub

muayine_2.jpeg

Səhiyyə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Referens-labratoriyasında hospitalizə olunmuş yaralıların qanları müayinə olunub. Müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində yaralıların qanlarında karboksiqemoqlobin aşkarlanıb.

Ən son məlumatlara əsasən, 50 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Əvvəlcədən yaralılarıт qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Hazırda yaralıların əksəriyyəti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib. Digər yaralılar Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-na və Yanıq şöbəsinə yerləşdiriliblər.

10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.

Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır.

Xəstəxanalarda olan yaralıları həyati təhlükəsi yoxdur.

Strateq.az