Azərbaycanda indiyədək ümumilikdə 25113 nəfər koronavirus infeksiyasına yoluxub.
Strateq.az xəbər verir ki, bu, Operativ Qərargahın son məlumatında bildirilib.
Qeyd olunub ki, onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.