XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2020 - 20:02

Ermənilərin Dondar Quşçuya atdıqları partlamış top mərmisinin qalıqları tapılıb- FOTO

Bu gün saat 13:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində bağ sahəsinə mərminin düşməsi barədə məlumat daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış top mərmisinin qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış mərminin ətrafında 400 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.