XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2020 - 20:13

FHN-nin canlı qüvvə və texnikası Şamaxı və Qobustanda yağış sularının çəkilməsinə cəlb olunub

Bu gün günorta saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərdə (Qobustan və Şamaxı şəhərləri) suçəkmə işlərinə cəlb olunub. Hal-hazırda Qobustan şəhərində həyətyanı sahələrdə suçəkmə işləri davam etdirilir.