XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 13:51

“Vəzifəli şəxslərin hərəkətlərinə qiymət veriləcək” – Zakir Qaralov (VİDEO)

Baş prokuror Zakir Qaralov Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı daha bir açıqlama verib.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, baş prokuror yanğının səbəbini üzlük materialın lazımi keyfiyyətdə olmaması ilə əlaqələndirib: “Bununla bağlı işi aparan şirkətdən təhvil-təslim aktları götürülür. Bütün vəzifəli şəxslərin hərəkətlərinə qiymət veriləcək”.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. Binanın üzlük hissəsinin alışması nəticəsində yanğın bütün binanı əhatə edib. Nəticədə 54 nəfər yaralanıb, 16 nəfər isə dünyasını dəyişib.

Strateq.az