XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2020 - 15:35

İran Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi:“Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır”

“Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması və azərbaycanlı hərbçiləri şəhid etməsi cinayətdir”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ali Liderinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.

O bildirib ki, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayır.

Şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verən İran Ali Liderinin nümayəndəsi bildirib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.