Türkiyənin "Qalatasaray" komandasının yeni baş məşqçisinın adı açıqlanıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bundan sonra komandanı hollandiyalı Yan Olde Rikerink meydana çıxaracaq. Onunla bu mövsümün sonunadək müqavilə bağlanıb. Hollandiyalı məşqçinin martın 20-də "Fənərbaxça" ilə derbidə yeni komandasının sükanı arxasında olacağı da artıq dəqiqləşib.