XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 15:48

AMEA-nın aztəminatlı əməkdaşlarına yardım edilib –FOTO

amea-

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Milli Elmlər Akademiyası üzrə bölməsi AMEA-nın aztəminatlı əməkdaşları ilə Novruz bayramı münasibətilə görüş keçirib.

AMEA-dan Strateq.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev AMEA rəhbərliyi adından əməkdaşları Novruz bayramı münasibətilə təbrik edib. Aztəminatlı əməkdaşlara bayram payı ayrıldığını deyən Sərdar Əliyev bunun Azərbaycan Qızıl Aypara Cəmiyyətinin AMEA əməkdaşlarına diqqət və qayğısının göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Ceyran Nağıyeva 2005-ci ildən fəaliyyət göstərən cəmiyyətin həyata keçirdiyi tədbirlərdən danışıb. Bildirib ki, cəmiyyət sosial yardımlarla yanaşı, səhhətində problemləri olan aztəminatlı əməkdaşların müalicəsinə də köməklik göstərir.

Sonra çıxış edən əməkdaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda AMEA-nın aztəminatlı əməkdaşlarına cəmiyyət tərəfindən ərzaq yardımı edilib.