XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 İyul 2020 - 23:41

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb- Statistika Komitəsi rəqəmləri açıqladı

2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı bu ilin eyni dövründə 2,6 dəfə azalaraq 973,4 min nəfər olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ölkə vətəndaşlarının 33,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 20,5 faizi Rusiya Federasiyasına, 9,5 faizi Türkiyəyə, 7,2 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,3 dəfə azalıb.

2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.