XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2020 - 21:35

Ramiz Mehdiyev onlara vəzifə verdi –AMEA-da yeni təyinatlar

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinatlar olub.

Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Müvafiq qərarla kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə AMEA prezidentinin köməkçisi, Coşqun Məmmədov AMEA-nın birinci vitse-prezidentinin xidmətində elmi katib, texnika elmləri doktoru Qəmbər Quliyev isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini təyin ediliblər/APA.