XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

16 İyul 2020 - 23:08

Türkiyə və Azərbaycan XİN rəhbərləri arasında telefon danışığı olub –Nələr müzakirə olunub?

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyənin Xarici İşlər nazirinin mətbuat katibi Hami Aksoy bildirib.

O qeyd edib ki, Ceyhun Bayramova zəng edən Mövlud Çavuşoğlu onu Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar diləyib.

Telefon danışığında iki ölkə arasındakı mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və bir millət iki dövlət prinsipi ilə davam etdirilməsi vurğulanıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.

Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb/Report.