XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 14:27

Hacıbala Abutalıbov: “Sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov baş vermiş yanğınla əlaqədar açıqlama verib.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, Abutalıbov yanan binanın sakinləri ilə görüşüb. Mer bildirib ki, yanğına görə evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək.

Qeyd edək ki, Bakıda Binəqədi rayonunda baş vermiş yanğın zamanı Səhiyyə Nazirliyinin məlumatına görə, 14 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb.