Ermənistanda daha 442 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 34 001-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 620-yə çatıb. İndiyədək 22 492 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 10 692 aktiv koronavirus xəstəsi var. (report)