XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2020 - 10:14

Macarıstandan 48 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL)  Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılmışdır. Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. 

Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.