XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 12:12

Türkiyədə müalicədə olan deputat Vahid Əhmədov Azərbaycana qayıdıb

Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən qayıdıb.

Bu barədə APA-ya Vahid Əhmədovun köməkçisi Arif Orucov məlumat verib.

O bildirib ki, Vahid Əhmədov həftənin 1-ci günü ölkəyə çarter reysi ilə qayıdıb:

“Hazırda evindədir və səhhəti yaxşıdır. Müalicə qəbul etməyə də ehtiyac qalmayıb. Vahid Əhmədov hazırda istirahət edir və işləri ilə maraqlanır”.

Qeyd edək ki, deputat Vahid Əhmədov bir müddət öncə deputat ürəyində yaranan problemlə əlaqədar özəl təyyarə ilə Türkiyəyə aparılmışdı.

O, 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.