XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 14:24

“Google”dan koronavirus sanksiyası:yalan informasiya yayan saytların reklamı bloklanacaq

“Google” korporasiyası yeni növ koronavirus barədə təsdiqlənməmiş informasiya yayan saytların reklamını bloklayacağını bildirib. Sosial şəbəkədəki reklamlar həm avtomatik rejimdə, həm də bilavasitə kompaniyanın əməkdaşları tərəfindən izlənəcək.

Azərtac Bloomberg agentliyinə istinadla xəbər verir ki, “Google” insanlar üçün təhlükəli ola biləcək uydurma tibbi nəzəriyyələr yayan resursların reklamını əngəlləmək siyasətinə başlayıb. Belə ki, kompaniyanın ekspertləri COVID-19 pandemiyası dövrü ərzində bu qəbildən olan 200 milyondan çox elanı müəyyən edərək bloklayıb.

“Google” kompaniyası ilin sonuna qədər koronavirus barədə təsdiqlənməmiş informasiya yayan resurslarda reklamın bloklanması səbəbindən 19 milyon dollara yaxın vəsait itirə bilər. Buna görə də avqust ayından başlayaraq əsas diqqət konkret olaraq COVID-19 xəstəliyi barədə konspiriloji (sui-qəsd) nəzəriyyələrə həsr olunan resurslara ayrılacaq.