XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 18:34

Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib- FOTO

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə 8-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri aparılıb.

BŞİH-dən “Report”a verilən məlumata görə, saat 18:00-a kimi davam edən  tədbir zamanı şəhərin mərkəzi və paytaxtın kənar rayonlarda ümunilikdə 546 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

Qeyd olunmalıdır ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarinda gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm ikiqat artıb.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.