XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2020 - 21:55

Peşə Tədris Mərkəzinin adı dəyişdirildi- QƏRAR

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Trend xəbər verir ki, dəyişikliklə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin adındakı “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilib.

Eyni zamanda, qərarın II hissəsi yeni redaksiyada verilib:

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görməlidir”.