Bazar gününə planlaşdırılan Parlament seçkiləri ərəfəsində – iyulun 18-də axşam saatlarında Suriyanın paytaxtı Dəməşqdə iki partlayış baş verib.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, hər iki partlayış Nahr-Aişa məhəlləsindəki Anis ben Malek məscidinin yaxınlığında baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Polis partlayışın baş verdiyi ərazini nəzarətə götürüb, araşdırma aparılır.