Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 20 iyul cədvəlini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, sabah saat 17:10-da Mehmanxana inzibatçısı ixtisası üzrə – Konsiyerjin tabeliyindəki personalın göstərdiyi xidmətlər; 17:20-də Aqroservis ixtisası üzrə – Mühüm damazlıq məqsədləri; 17:30-da Əməliyyatçı-mühasib ixtisası üzrə – Ezamiyyə vaxtı işçilərlə hesablaşmalar dərsləri olacaq.