Bu gün daha 192 Azərbaycan vətəndaşı təyyarə ilə Rusiyadan ölkəyə gətirilib.
Moskvanın “Domodedovo” hava limanında soydaşlarımız “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Moskva-Bakı reysi ilə vətənə yola salınıb.
Qeyd edək ki, uçuş yerli vaxtla saat 16:00-a nəzərdə tutulsa da, yubanma baş verib.
Moskvadan havaya qalxan təyyarənin saat 21:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enməsi nəzərdə tutulub. /Report.az