Azərbaycanda indiyədək ümumilikdə 28242 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 19939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib, 7927 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.