Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.
“Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb”, – E.Hüseynov bildirib.
Xatırladaq ki, sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb/Report.