XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2020 - 10:12

Gürcüstanda koronavirus:yoluxanların sayı 1 070-i ötdü

Gürcüstanda son sutkada koronavirusa 24 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə ölkənin İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 1 073-ə çatıb. Həmin şəxslərin 907-si sağalaraq evə buraxılıb, 16-sı isə vəfat edib. 150 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantində 5 692, stasionar nəzarətdə isə 275 nəfər saxlanılır. (report)