XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 12:26

SOCAR təhlükəsizlik tədbirlərini gücləndirib- Hava şəraiti ilə əlaqədar

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR bütün təhlükəsizlik tədbirlərini gücləndirib.

Bunu “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, küləkli hava şirkətə məxsus dəniz obyektlərindən təxliyəyə səbəb olacaq dərəcədə olmayıb. Lakin açıq səthlərdə aparılan və hazırkı hava şəraitində təhlükə yarada biləcək işlər dayandırılıb.

“Bütün təhlükəsizlik tədbirləri gücləndirilib”, – deyə İ. Əhmədov əlavə edib.