XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 18:25

Alimlər koronavirus haqqında populyar mifi təkzib ediblər

Pasiyentin qan qrupu onun COVID-19 xəstəliyini ağır keçirməsinə və ölüm riskinə təsir etmir.

Azırtac “Annals of Hematology” jurnalına istinadla xəbər verir ki, Massaçusets xəstəxanasının və “Bet-İzrayel” tibb mərkəzinin mütəxəssisləri COVID-19 testindən keçən 7648 pasiyentin məlumatlarını analiz ediblər. Alimlər qan qrupunun xəstəxanaya yerləşdirilməyə, intubasiyanın zəruriliyinə və xəstənin ölümünə bilavasitə təsirini araşdırıblar.

“Qan qrupu və iltihabın pik işarələri, həmçinin klinik ağırlaşma göstəriciləri arasında heç bir əlaqə müəyyən edilməyib. Qan qrupunun intubasiya və ya ölüm riski ilə əlaqəsi yoxdur”, – deyə ekspertlər bildirib.

Tədqiqatçılar B (III) və AB (IV) qan qrupuna və eyni zamanda mənfi Rh-a malik insanların koronavirusa daha çox yoluxduğunu müəyyən ediblər. Alimlər qan qrupunun yoluxma riskinə təsir edə biləcəyi, lakin xəstəliyin ağırlaşması ilə əlaqəsinin olmadığı nəticəsinə gəliblər.