XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 19:41

Xəstəxanaya yerləşdirilən azyaşlı Dövlət Komitəsinin nəzarətindədir

Xəzər rayonu Binə qəsəbə sakini Əliyeva Sabirə Rəcəbəli qızı altı aylıq nəvəsi ilə birlikdə təcili yardımla Bakı şəhəri, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Report”a  verilən məlumata görə, iyulun 22-də Komitənin səlahiyyətli nümayəndəsi A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında olarkən özünü uşağın nənəsi kimi təqdim edən Sabirə Əliyeva ilə söhbət zamanı müəyyən olunub, azyaşlının valideynləri qanuni nikahda olmadan birgə yaşamışlar. Uşağın nənəsi tərəfindən ananın  psixoloji problemlərdən əziyyət çəkdiyi və  hazırda qızının harada olması barədə məlumatlı olmadığı bildirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Xəzər rayon İcra Hakimiyyəti ilə birgə  uşağın yaşayış yerinə səfər edərək vəziyyətin uşağın mənafeyi baxımından qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər. Hazırda həkim nəzarətində olan uşağın müvafiq müayinə və müalicələri davam etdirilir.

Məsələ Komitənin nəzarətindədir və araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə və müvafiq yerli icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət göndərilib.