XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 20:33

Nazirlər Kabineti və DİN insan alveri qurbanlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayacaq

İnsan alveri qurbanlarının, xüsusilə insan alverindən zərər çəkən uşaqların müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Nazirlər Kabineti və Daxili İşlər Nazirliyi 2020-2022-ci illər ərzində insan alveri qurbanlarının, xüsusilə insan alverindən zərər çəkən uşaqların müəyyən edilməsi indikatorlarının, həmçinin insan alverinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin təşkili barədə metodik vəsaitlərin təkmilləşdirilməsi, insan alverinin qurbanı olma riskinin azaldılması məqsədilə insan alverinə məruz qala biləcək qadınların, uşaqların və digər həssas əhali qruplarının hüquqi və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanması tapşırılıb.