XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 22:12

Azərbaycanda bu il istehsal olunan minik avtomobillərinin sayı- Açıqlanıb

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 873 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 239 ədəd az minik avtomobili istehsal olunub.

Trend-in məlumatına görə, ümumilikdə qeyd olunan müddət ərzində maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 146,2 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1 faiz, digər nəqliyyat vasitələrinin istehsalı 57,2 faiz, maşın və avadanlıqların istehsalı isə 16,2 faiz artıb.