XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 23:21

Aİ Ali Nümayəndəsinin Azərbaycan və Ermənistan XİN başçıları ilə üçtərəfli telefon danışığı olub

İyulun 22-də Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında üçtərəfli telefon danışığı baş tutub.

APA-nın xəbərinə görə, tərəflər Azərbaycan və Ermənistan  arasındakı beynəlxalq dövlət sərhədində baş verən qarşıdurma barədə danışıblar.

Aİ-nin Ali Nümayəndəsi  həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Müzakirələr zamanı Cozep Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikadan, xüsusən də bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıb. Aİ rəsmisi regiondakı bütün aktyorların dinc məqsədə töhfə verməli olduğunu vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsi tərəfləri atəşkəsə sadiq olduqlarını bir daha təsdiqləməyə və gərginliyin artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Bu kontekstdə Ermənistan və Azərbaycan birbaşa kommunikasiya mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidirlər.

O, həmsədrlərin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas aspektləri ilə bağlı substantiv danışıqlarda səmərəli yenidən iştirakın zəruriliyini vurğulayıb: hər iki nazir bununla razılaşıb.

Cozep Borrell şərtlər imkan verən kimi ATƏT-in monitorinqini yenidən davam etdirməyin vacibliyini vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsi iki tərəflə də müntəzəm olaraq əlaqə saxlamağa hazır olduğunu vurğulayaraq Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranla üzrə Xüsusi Nümayəndəsini tərəflər və ATƏT-in Minsk Qrupu həmsədri ilə sıx əlaqədə olmağa davam etməyi tapşırdığını deyib.