XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 11:53

“Qardabani rayonunda epidemioloji vəziyyətə nəzarət gücləndirilib” –Baş Nazirdən açıqlama

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda epidemioloji vəziyyətə nəzarət gücləndirilib.

Bunu ölkənin Baş Naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, son günlər Gürcüstanda koronavirusa yoluxma hallarının kəskin artımı müşahidə olunur: “Yayılma əsasən Qardabani bələdyyəsinin bir neçə kəndində qeydə alınıb. Həmin kəndlərin əksər sakinləri Tbilisidəki bazar və yarmarkalarda işləyirlər. Buna görə də bu obyektlərdə nəzarətin gücləndirilməsi barədə qərar qəbul olunub”.

Baş nazir qeyd edib ki, Qardabaninin kəndlərində sakinlərin hərarəti ölçüləcək: “Vəziyyətin pisləşməməsi üçün konkret məkanlarda karantin qaydaları sərtləşdiriləcək”.

Qeyd edək ki, Qardabanidə koronavirusa yoluxanların sayı 36-ya çatıb. Rayonun Qaracalar, Qaratəhlə və Ağtəhlə kəndlərinə giriş-çıxışa nəzarət həyata keçirilir, insanların hərarəti ölçülür/Report.