XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2020 - 14:49

Komitə sədrinin müavini:"Daha 20 ölkədə erməni təxribatları ilə bağlı aksiyalar keçiriləcək"

“Əlavə olaraq 20 ölkədə də soydaşlarımız erməni təxribatı ilə bağlı aksiyalar keçirəcək”.

Bunu bu gün mətbuat konfransında  Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev  bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini deyib ki, aksiyalarla bərabər mətbuat konfransları və digər tədbirlər də təşkil olunacaq: “Soydaşlarımızın dinc xarakterli aksiyası ermənilərin törətdikləri təxribatların mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq məqsədini daşıyır: “Həmsədr ölkələr artıq dərk edirlər ki, status-kvonun saxlanması mümkün deyil. Ermənistan sülhə vadar edilməlidir, başqa yol qalmır. Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmirsə, danışıqları pozursa, sülhə vadar olunmalıdır. Beynəlxalq hüququn imperativ tələbləri var. Artıq təxirəsalınmaz addımların atılmasının zamanı çatıb”.

APA