XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 16:08

“Jurnalist Evi” nəzarətə götürüldü: Polis postu qoyulub -Xəbər

jurnalist bina.jpg

Bakı şəhəri Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi ilə əlaqədar “Jurnalist Evi”nin də mühafizəsi gücləndirilib.

AZADİNFORM xəbər verir ki, özəl mühafizə ilə yanaşı, bundan sonra binanı polis əməkdaşları da qoruyacaq. Artıq günün ikinci yarısından başlayaraq binanın mühafizəsinə polis nəzarət edir.

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə yüksəlib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, hadisə nəticəsində 65 nəfər xəsarət alıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib. 10 nəfərə yerində yardım göstərilib.