XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 23:04

Buraxılış imtahanlarında 4 nəfər ən yüksək bal topladı –Onlardan ikisi Naxçıvandandır

Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabrda yenidən buraxılış imtahanları keçiriləcək.

Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 291.8 bal toplayan Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəbin məzunu göstərib.

İkinci ən yüksək nəticəni 286 bal toplayan Ağcabədi rayonu, 11 saylı şəhər tam orta məktəbin məzunu göstərib.

Naxçıvan MR Babək rayonu, Güznüt kənd tam orta məktəbin və Şirvan şəhəri, 16 saylı şəhər tam orta məktəbin məzunları isə hər biri 285.3 bal toplayıb.