XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2020 - 16:36

Gürcüstanın baş epidemioloqu:"Qaracalar sakinləri koronavirusa inanmırlar"
Qardabaninin Qaracalar kəndinin sakinləri koronavirus infeksiyasının mövcudluğuna inanmırlar.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze “Pirveli” televiziyasına bildirib.
Onun sözlərinə görə, kənd əhalisinin əksəriyyəti təhlükəli virusu adi qrip kimi qəbul edir: “Kəndi təcrid etmək və sərt karantin qaydalarını tətbiq etməyi planlaşdırmırdıq. Lakin sakinlərin kütləvi testdən keçmək istəməməsi bizi bu qərarı qəbul etməyə məcbur etdi”.
Baş epidemioloq deyib ki, Qardabaninin daha 3 kəndində COVID-19-la bağlı tibb müayinə aparılır.
Qardabaninin daxil oluğu Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bələdiyyə üzrə 43 yoluxma halının təsdiqləndiyini bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən azərbaycanlıların yaşadığı Qaracalar kəndinə giriş-çıxış bağlanıb. (report)