XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 15:26

Kiyevdə iki azərbaycanlı tələbə güllələnib- Detallar

APA-nın “Strana” portalına istinadən verdiyi məlumata görə, naməlum şəxslər iyulun 25-nə keçən gecə Konovaltsya küçəsində, “Montekki və Kapuletti” restoranının yaxınlığında “Mercedes- Gelenvagen” markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar.

Bildirilir ki, atəşin açıldığı 50 RV 100 dövlət nömrə nişanlı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib.

Məlumatda o da qeyd olunur ki, ayağından yaralanan Azərbaycan vətəndaşı Nicat Kərimov Kiyev şəhər 8 saylı Kilinik Xəstəxanaya yerləşdirilib. Digər şəxs – 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından yaralanıb, ona tibbi yardım göstərilib, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. 

Hadisənin ermənilər tərəfindən törədildiyi ehtimal edilir.