Azərbaycanda indiyədək ümumilikdə 29 633 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.