XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 18:10

ÜST-ün missiyası Azərbaycana gəlib

Azərbaycana COVID-19-a qarşı mübarizədə dəstək göstərmək məqsədi ilə ÜST-ün missiyası ölkədə səfərdədir. Səfər 21 iyul – 2 avqust tarixi üçün planlaşdırılıb.

Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, missiyanın məqsədi ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi, COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dəstək göstərilməsi, risk kommunikasiyası və icmalarla iş sahəsində boşluqların müəyyənləşdirilməsi və sözügedən məsələlərə dair müvafiq tövsiyələrin verilməsidir.

Missiya çərçivəsində yerli və beynəlxalq tərəfdaşlarla görüşlərin keçirilməsi, o cümlədən Bakı ilə yanaşı Şamaxı və Gəncə şəhərlərində epidemioloji qiymətləndirmə aparılması planlaşdırılır.

Missiyada ÜST-nin ekspertləri David Novillo Ortiz, Şahin Hüseynov, Elsa Mariya Neqro Kalduç, Anna Borşevska və Cetri Reqmi təmsil olunurlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində  isə bildirib ki, görüşdə Azərbaycanda koronavirusla bağlı cari vəziyyət, mübarizə istiqamətində görülən tədbirlər, koronaviruslu xəstələrin erkən aşkarlanması və laborator müayinəsi, xəstələrin izolyasiyası, elektron informasiya sistemində məlumatların toplanması və təhlili, xəstə və təmasların qeydiyyatı və nəzarət alqoritmləri, risk kommunikasiyası və s. məsələlər müzakirə edilib. ÜST ekspertlərinin mübarizə strategiyası ilə bağlı tövsiyələri dinlənilib.

Qeyd edək ki, ÜST ölkə və regional ofisləri vasitəsilə, həmçinin ölkədəki beynəlxalq ekspert və tərəfdaşları cəlb etməklə Azərbaycana dəstəyini davam etdirəcək.