XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2020 - 16:07

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yeni rəis əvəzi təyin olundu –FOTO

Nigar Əyyub qızı Alimova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni rəis müavini təyin edilib.

O, həmçinin Xidmətin rəisi vəzifəsini icra edir.

Məlumata görə, bu təyinat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis vəzifəsini icra edən Mətin Eynullayevin əmri ilə baş tutub.

Nigar Alimova 2017-ci ildən indiyədək Vergilər Nazirliyinin aparatın rəhbəri vəzifəsində çalışıb. O, bundan əvvəl isə nazirliyin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentində şöbə müdiri olub.

Xatırladaq ki, N.Alimova 2015-ci fevralın 9-da ölkə Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib/Publika.az.