XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2020 - 20:25

“Türkiyə Fələstinə dəstəyini davam etdirəcək” –Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Əlaqələr üzrə İdarəsindən bildirilib.

Qeyd edilir ki, Türkiyə və Fələstin liderləri ikitərəfli münasibətlərin inkişafını və regional prosesləri müzakirə ediblər.

Mahmud Abbas İstanbulda Aya-Sofiya məscidində ibadətlərin yenilənməsi ilə bağlı məmnunluğunu bildirib və bütün Türkiyə xalqını təbrik edib. Fələstin prezidenti bu tarixi hadisənin bütün İslam dünyasına fayda verəcəyinə ümidini ifadə edib.

Türkiyə prezidenti isə öz növbəsində rəsmi Ankaranın Fələstinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.